Xəbərlər

Azərbaycan nümayəndə heyəti “ITU Telecom World 2016” beynəlxalq sərgisində iştirak edir

14.11.2016

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə Tailandın paytaxtı Banqkok şəhərində bu gün “ITU Telecom World 2016” beynəlxalq sərgi və konfransı öz işinə başlayıb.

Tədbirin rəsmi açılış mərasimində Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhon, Tailandın baş naziri Prayut Çan-o-Ça və BTİ-nin Baş katibi Hulin Zao çıxış ediblər.

Nazir Ağcabədi şəhərində vətəndaşlarla görüşəcək

25.10.2016

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  28.10.2016-cı il tarixində saat 1200-da Ağcabədi şəhərində  Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli və Xocavənd rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.



Nazir İranda səfərdədir

18.10.2016

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 17-də bu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.

Nazir iranlı həmkarı ilə keçirdiyi görüşləri xatırladaraq bildirdi ki, hər iki ölkənin müvafiq qurumları arasında kifayət qədər yüksək səviyyəli əlaqələr yaranıb. Qurumlar arasındakı yaxın əməkdaşlıq əlaqələri dövlətlərimiz arasındakı münasibətlərin inkişafının göstəricisidir.

“Aztelekom” MMC-də marketinq və satış üzrə treninqlər başlayıb

13.10.2016

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin Marketinq və satış departamentinin, həmçinin Abşeron, Sumqayıt və Qax Telekommunikasiya qovşaqlarının satış və marketinq şöbələrinin əməkdaşları üçün “Aktiv satış texnikaları” mövzusunda treninq keçirilib.

Treninqin əsas məqsədi əməkdaşların biliklərinin və satış bacarıqlarının artırılması olub.

Görülən 5 - 8 qədər, 1146 xəbərdən