Xəbərlər

Koreya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın ilk iclası keçirilib

14.06.2016

Seulda Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib.

İclasda hər iki tərəfdən müxtəlif nazirliklərin, təşkilatların və qurumların  nümayəndələri iştirak edib.

Mobil proqramlar bazarında kəskin artım proqnozlaşdırılıb

13.06.2016

Mobil proqramlar mobil ƏS-nə malik tərtibatçılara və şirkətlərə böyük  məbləğdə gəlir qazandırır və bu  məbləğ ildən-ilə artır. “App Annie” şirkətinin analitikləri artıq bu ongünlükdə müvafiq bazarın daha kəskin artımını proqnozlaşdırıblar.

“Windows 10” kompüterlərin 17 faizində quraşdırılıb

09.06.2016

“NetMarketShare” internet xidmətinin statistikasına görə, 2016-cı ilin mayında “Windows 10” əməliyyat sistemi dünyada fərdi kompüterlərin 17,43 faizində quraşdırılıb. Bir ay əvvəl bu göstərici 15,34 faiz təşkil edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ən populyar kompüter proqram sistemi “Windows 7” olaraq qalsa da, onun payı azalmağa doğru gedir.

2020-ci ilədək internet istifadəçilərinin sayı 5 milyardı ötəcək

08.06.2016

Qlobal internet şəbəkəsi istifadəçilərinin sayı 2020-ci ilədək 5 milyarda çatacaq. Bu proqnozu  “Google Think Performance” konfransında “Google” şirkətinin Rusiya üzrə bölməsinin marketinq departamentinin rəhbəri Dmitri Kuznetsov səsləndirib.

Görülən 37 - 40 qədər, 1151 xəbərdən