Xəbərlər

Litva İKT sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

30.06.2016

Litva İKT sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu fikri AZƏRTAC-a müsahibəsində Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkyaviçyus deyib: "Biz şəhər və kənd yerləri arasında rəqəmsal qeyri-bərabərliyin azaldılması üzrə elektron kommunikasiyalar sahəsində Avropa İttifaqında nümunəvi hesab edilən iri layihələrin reallaşdırılması təcrübəsini bundan sonra da bölüşməyə hazırıq".

“Android” üçün zərərli proqram təminatı “Viber” əlavəsindən fotoşəkilləri oğurlayır

29.06.2016

"Symantec" şirkətinin tədqiqatçıları "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün "Google Play Store" vasitəsilə yayılan və "Viber" mobil əlavəsi ilə ötürülən şəkil və videoların oğurlanması üçün nəzərdə tutulan zərərli proqram təminatının yaranması barədə xəbərdarlıq ediblər.  

“Google” ikimərhələli autentifikasiya sistemini sadələşdirib

22.06.2016

“Google” şirkəti ikimərhələli autentifikasiya (“SMS” kimi göndərilən “PIN” kodun daxil edilməsi nəzərdə tutulur ) üzrə sazlamaları xeyli sadələşdirib. 5 il bundan əvvəl internet nəhəngi istifadəçi hesabları ilə bağlı əlavə müdafiə funksiyası tətbiq edib, amma bu həftə sözügedən funksiya geniş istifadəçi kütləsi üçün daha da sadələşdirilib.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

22.06.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda qrant müsabiqələrinin təşkili və keçirilməsi qaydalarına, qrant müsabiqələri çərçivəsində layihələrin qiymətləndirilməsi meyarlarına dəyişikliklər, növbəti qrant müsabiqəsinin təşkili və cari məsələlər müzakirə edilib.

Görülən 29 - 32 qədər, 1151 xəbərdən