Xəbərlər

Qəbələdə Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

29.07.2016

Qəbələ şəhərində vətəndaşların qəbulu zamanı qaldırılan məsələlər daha sonra Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyilə  aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə ətraflı müzakirə olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinin rəhbərlərinin də iştirak etdiyi toplantıda sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti və  vətəndaş şikayətləri üzrə geniş müzakirə aparılıb.

Nazir Qəbələdə vətəndaşlarla görüşüb

29.07.2016

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıq və tövsiyələrinə uyğun olaraq rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bölgədə növbəti görüşünü keçirib.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə iyulun 29-da Qəbələ şəhərində keçirilmiş görüşdə Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarında  yaşayan vətəndaşların müraciətləri dinlənilib.

Nazir iyulun 29-da Qəbələdə vətəndaşlarla görüşəcək

25.07.2016

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  iyulun 29-da saat 1200 da Qəbələ şəhərində  Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.

"aztelekom.net" internet provayderi hər zaman istifadəçilərin rahatlığını və məmnunluğunu təmin etməyə çalışır.

12.07.2016

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin  mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 15-də Qəbələ şəhərində  Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan görüşün vaxtı dəyişdirilib. 



Görülən 21 - 24 qədər, 1149 xəbərdən