Elanlar

Aztelekom "MMC" stasionar telefondan mobil şəbəkəyə SMS göndərmək imkanını verir!

“Aztelekom” MMC sabit telefon şəbəkəsi abonentlərinə 107 xidmətindən istifadə etməklə bütün mobil telefon şəbəkəsi abonentlərinə SMS-lərin göndərilməsi xidmətini təklif edir.

Xidmətdən istifadə üçün abonent 107-ə zəng edib, SMS göndərmək arzusunu bildirərək, SMS-in mətnini telefonla diktə edir və SMS-in çatacağı mobil telefonun nömrəsini söyləyir.

Qəbul edilmiş SMS 107 xidməti tərəfindən lazımi ünvana çatdırılır.