Xəbərlər

Bayram günlərində internetiniz təhlükəsiz olacaq

“Aztelekom” MMC “SAF” – təhlükəsiz internet xidməti ilə bağlı yeni kampaniyaya başlayır.

Belə ki, “SAF” təhlükəsiz internet xidməti 29 dekabrdan 2018-ci ilin 7 yanvarınadək istifadəçilərə pulsuz təqdim olunacaq. “Aztelekom.net” internet provayderinin abunəçiləri üçün təklif edilən bu xidmət insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına mənfi təsir edən veb səhifələri filtrasiya edib cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına girişi nəzarətə götürür, arzuolunmaz saytların girişinə qadağa qoyur.

Qış tətilinə təsadüf edən bu 10 gün ərzində valideynlər “Aztelekom.net” saytındakı şəxsi kabinetlərinə daxil olub xidməti aktivləşdirə bilərlər.

Xidməti aktivləşdirdikdən sonra istifadəçi məqbul saymadığı mövzunu seçib yadda saxlayır. Bu andan etibarən arzuolunmaz mövzulu səhifələrə giriş bağlı olur. Əlavə olaraq “ağ” və “qara” siyahını tərtib etməklə, xidməti asan şəkildə aktiv və deaktiv etmək mümkündür.

Geniş seçim imkanı yaradan xidmət sürətli informasiya axınında istifadəçini internet təhlükələrindən, o cümlədən viruslu, arzuolunmaz məzmunlardan və zorakılığı təbliğ edən zərərli kontentlərdən qoruyur.

Abunəçilərə daha keyfiyyətli və sürətli internet xidmətlərinin göstərilməsi üçün işlər hazırda da davam etdirilir.

Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə “SAF” bu səhifələrə girişi məhdudlaşdırır.

Qeyd: “SAF” xidmətindən yalnız “Aztelekom” internet abunəçiləri faydalana bilərlər.

Ətraflı məlumat üçün:

Qaynar xətt – 170

Email: info@aztelekom.az

Web: www.aztelekom.az

Xəbər 213 dəfə oxunub