“aztelekom.net”-dən növbəti hədiyyə kampaniyası

“Aztelekom” MMC öz müştərilərinin hər zaman rahatlığını və məmnunluğunu təmin etmək məqsədi ilə onlara yönəlik hədiyyə kampaniyaları keçirir. Bölgələrdə ucuz və sürətli internet xidməti təklif edən provayderimiz növbəti kampaniyaya start verdi.Belə ki, iyul ayının 20-dən başlayaraq avqustun 20-nə kimi “aztelekom.net” internet xidmətinə qoşulan hər bir yeni istifadəçimiz növbəti ay internet xidmətindən pulsuz istifadə edəcək.

Qeyd edək ki, hələlik bu kampaniya Astara, Ağcabədi, Bərdə, Lənkəran, Masallı, Sabirabad, Tovuz, Xaçmaz, Şirvan və Mingəçevir sakinlərinə şamil olunur.
Bizim xidmətimizə qoşulun ki, növbəti hədiyyə kampaniyalarından yararlana biləsiniz.

Xəbər 690 dəfə oxunub