Son Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclasda giriş nitqi söylədi. 

- Nazirlər Kabinetinin bugünkü toplantısında biz 2013-cü ilin yekunlarını müzakirə edəcək, 2014-cü ildə qarşıda duran vəzifələr haqqında danışacağıq.
Deyə bilərəm ki, keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycanda böyük işlər görülmüşdür. Bu işlərin hamısını sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Biz bu gün əsas məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Ancaq bir daha demək istəyirəm ki, 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir.

Dünya azərbaycanlılarına

Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizi ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram.
Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində nitqi

- Hörmətli xanımlar və cənablar.

İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, Prezident vəzifəsinə seçmiş doğma Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm.

RİTN-də 2013-cü ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib. İclasda 9 oktyabr prezident seçkilərində 84,55 % səslə qalib gəlmiş İlham Əliyevə qələbə münasibətilə rabitəçilər adından ünvanlanmış rəsmi təbrik məktubu oxunduqdan sonra rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov seçki sistemində İKT-nin tətbiqinə toxunaraq, bu addımın prosesin daha şəffaf, ədalətli və mütərəqqi qaydada keçirilməsinə yönəldiyini vurğulayıb.

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Sizi dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban bayramı bəşər sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq yer üzünə göndərilməsini özündə təcəssüm etdirir.

“Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamına uyğun olaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

Görülən 7 - 12 qədər, 48 xəbərdən