Son Xəbərlər

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət

Əziz həmvətənlər!

XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının 20 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan etmişdir. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür.

Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov: “İnkişaf rəqabətin məhsuludur”

Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov: “İnkişaf rəqabətin məhsuludur”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülmüş, gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları  (İKT) sektorunda da öz bəhrəsini vermişdir. Son illər sektor üzrə uğurlu nəticələr əldə edilmiş, ölkə və region üçün böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirilmişdir. Əldə olunan uğurlar və gələcək perspektivlər barədə "İCTnews" elektron xəbər xidmətinin suallarını Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov cavablandırmışdır.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı


16 yanvar 2012-ci il
 
 Möhtərəm cənab Prezident!

            Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) və telekommunikasiya sektorunda da öz bəhrəsini verməkdədir. Belə ki, 2011-ci ildə sektor üzrə əldə olunan gəlirlərin həcmi 2010-cu ilə nisbətən təxminən 12% artmış, bu isə uyğun ümumdünya orta göstəricisinin gözlənilən rəqəmindən təxminən 2 dəfə çoxdur. Bizim ilkin hesablamalara görə sektora təxminən 400 mln. manat həcmində investisiya qoyulub. Hesabat dövründə həmçinin aşağıdakı əsas nəticələrə nail olunmuşdur.

Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu

Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu

Son illər ölkəmizdə informasiya texnologiyasının inkişafı istiqamətində bir sıra uğurlu nəticələr əldə edilmişdir. Bu sahədə həyata keçirilən davamlı tədbirlərin nəticəsidir ki, Azərbaycanda İKT sektoru həm dünyada yeni texnologiyaların tətbiqinin geniş vüsət aldığı bir şəraitdə, həm də Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı fonunda genişlənir, modernləşir və ölkənin hərtərəfli tərəqqisinə öz töhfəsini verir. 

2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ilin yekunlarına dair Trend-ə müsahibəsi
- Cənab nazir, Azərbaycanda informasiya texnologiyaları sektorunun inkişaf perspektivlərini necə qiymətləndirirsiniz və son bir ildə bu istiqamətdə hansı nəticələrə nail olunub?
 
- Bu gün Azərbaycanda İKT sektoru həm dünyada yeni texnologiyaların tətbiqinin geniş vüsət aldığı bir şəraitdə, həm də Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı fonunda genişlənir, modernləşir və ölkənin hərtərəfli tərəqqisinə öz töhfəsini verir. 2003-cü ildə ölkədə qəbul edilmiş İKT-nin inkişafı üzrə Milli Strategiya ilə müəyyən edilmiş prioritetlərə və dövlət proqramları ilə müəyyən edilmiş hədəflərə nail olmaq bu sektorun perspektiv inkişafının əsasını təşkil edir.

Son Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb.

Görülən 43 - 48 qədər, 48 xəbərdən