Son Xəbərlər

RİTN-də Eurovision-2012 mahnı müsabiqəsi ilə bağlı kollegiya iclası keçirilib

Aprelin 7-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) nazir Əli Abbasovun rəhbərliyi ilə mayda Bakıda keçiriləcək 57-ci  Eurovision-2012 beynəlxalq mahnı müsabiqəsinin təşkili üzrə TV və radio yayımı, genişzolaqlı internet və digər rabitə xidmətlərinin dayanıqlı işinin təmin olunması istiqamətində görülən işlərlə bağlı kollegiya iclası keçirilib.  

“Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 16 yanvar tarixli 1965 nömrəli Sərəncamına uyğun olaraqqərara

Novruz bayramı münasibətilə rabitə və informasiya texnologiyaları nazirinin təbriki

Əziz rabitəçilər!
 
Sizi xalqımızın qədim və əziz bayramı olan Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Hörmətli həmvətənlər! 
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, səadət və uğurlar arzulayıram. 
Novruz bayramı xalqımızın ən sevimli

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Əli Abbasovun çıxışı

Geniş-zolaqlı Komissiyanın üzvü və Azərbaycan nümayəndə heyətinin başçısı kimi "Connect Ərəb Sammitinin" iştirakçıları arasında olmağımdan çox məmnunam.   

Fürsətdən istifadə edərək, Azərbaycan hökumətinin, eləcə də Azərbaycanın İKT cəmiyyətinin təşkilatçılara, sizin hər birinizə salamlarını və ən gözəl arzularını çatdırmaq istərdim. Biz, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ərəb Dövlətləri Liqası və Qatar hökumətinin İKT-nin, bütövlükdə sosial-iqtisadi inkişafı üçün yeni imkanları bir araya gətirən bu sammitin təşkili təşəbbüsünü yüksək qiymətləndiririk.

RİTN-in Həmkarlar İttifaqı Komitəsinin sayca III hesabat-seçki yığıncağı keçirilib

RİTN-in Həmkarlar İttifaqı Komitəsinin sayca III hesabat-seçki yığıncağı keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparat İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin sayca III hesabat-seçki yığıncağı  keçirilib. Tədbiri Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov açıq elan edib.
Sonra Həmkarlar İttifaqının sədri Şirzad İsmayılov geniş hesabatla çıxış edib. O bildirib ki, Həmkarlar İttifaqının aparatda çalışan üzvlərinin sayı 91 nəfər təşkil edir. 2008-ci ilin yanvarın 1-dən bu günə qədər görülən işlərdən danışan Ş. İsmayılov deyib ki...

Görülən 37 - 42 qədər, 49 xəbərdən