Son Xəbərlər

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır. Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir.


RİTN-nin kollegiya iclası keçirilib

RİTN-nin kollegiya iclası keçirilib

Aprelin 28-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin I rübünün yekunlarına dair kollegiya iclası keçirilib.
Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışıb, respublikada aparılan uğurlu neft siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı və dövlət proqramlarının iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar açdığını və bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu vurğulayıb.

“Elektron hökumət” portalı istifadəyə verildi

“Elektron hökumət” portalı istifadəyə verildi

Aprelin 25-də  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Elektron hökumət” portalının təqdimatı keçirilib və ilkin istismara verilib.
Tədbirdə “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının, digər dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.   


RİTN-də elektron xidmətlərin tətbiqi müzakirə olunub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası ilə bağlı görülən işlərin və qarşıda duran məsələlərin müzakirəsi məqsədilə “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının geniş tərkibdə növbəti iclası keçirilib. İclasda Nazirlər Kabinetinin və digər dövlət qurumlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak edib.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.



Azərbaycanın İKT sahəsində uğurları beynəlxalq sərgidə təqdim olunacaqdır

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlar “Caspian Telecoms 2012” 11-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında təqdim ediləcəkdir.
ITE Turkey/EUF (Türkiyə), ITE Moscow LLC (Rusiya) və Iteca Caspian (Azərbaycan) beynəlxalq şirkətlərinin təşkilatçılığı ilə tədbir aprelin 19-da İstanbulda keçiriləcəkdir.

Görülən 31 - 36 qədər, 49 xəbərdən