Son Xəbərlər

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.
Fərmana əsasən, ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi...

Rabitə və informasiya texnologiyaları naziri Dünya İqtisadi Forumunun Regional Sammitində iştirak edib

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Çin Xalq Respublikasının Tiancin şəhərində keçirilən Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edib. Sammitdə yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqi, innovativ sahibkarlıq, İKT-nin inkişafı, qlobal informasiya təhlükəsizliyi məsələsi, innovativ texnologiyaların qlobal iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi mövzular müzakirə edilib. 

Rabitə və İnformasiya Texnologiyalari Nazirliyində kollegiya iclası keçirilib

İyulun 17-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin birinci yarım ilinin yekunlarına dair kollegiya iclası keçirilib.
Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə...

Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb. Sonradan tədbirdə maliyyə naziri Samir Şərifov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış ediblər.


“Azərbaycan 2020: Gələcəyə baxış” - rabitə və informasiya texnologiyaları

Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının rabitə və informasiya texnologiyaları bölümünün hazırlanması ilə əlaqədar “dəyirmi masa” keçirilib. 
“Dəyirmi masa”da çıxış edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycanın bugünkü iqtisadiyyatının sürətlə modernləşdiyini bildirib.

Azərbaycan Prezidenti: Mən növbəti illərdə prioritetlər arasında, ilk növbədə İKT-ni görürəm

Mən növbəti illərdə prioritetlər arasında, ilk növbədə informasiya-kommunikasiya texnologiyalarını (İKT) görürəm. Bu sözləri 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.
Dövlət başçısı ümumiyyətlə dünyanın inkişafının bu istiqamətdə getdiyini vurğulayıb.


Görülən 25 - 30 qədər, 49 xəbərdən