Son Xəbərlər

Azərbaycan Prezidentinin dünya azərbaycanlılarına təbriki

Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və artıq ənənəvi bayramlarımızdan birinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Sizi səmimi qəlbdən salamlayır, hər birinizə səadət və firavanlıq arzulayıram.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda çıxışı

Hörmətli tədbir iştirakçıları!
Azərbaycan - 2020: Gələcəyə baxış - İnkişaf Konsepsiyasının ən əsas hədəfi gələcək 8-10 ildə Azərbaycanda ümumdaxili məhsulun 2 dəfə artırılması və bu artıma əsasən qeyri-neft sektorunun inkişafı hesabına nail olunması, böyük potensiala malik neft amilinin qeyri-neft amili ilə əvəz olunması və Azərbaycanda biliklər cəmiyyətinin qurulması hesabına həyata keçirilməsidir. Belə bir böyük və köklü inkişafın əsas sütunlarının elm, təhsil və yeni texnologiyalar olması planlaşdırılır.

RİTN-də 9 ayın yekunlarına dair kollegiya iclası keçirilib

Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışmış, ölkə başçısının sərəncam və fərmanlarının, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri, o cümlədən rabitə və informasiya texnologiyalarının inkişafı üçün geniş imkanlar yaratdığını bildirmiş...

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb.
Cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarını təhlil edən Prezident İlham Əliyev bildirib ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatı 1,1 faiz, qeyri-neft iqtisadiyyatı isə 10,3 faiz artıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, o cümlədən dövlət proqramlarında RİTN-ə aid olan bəndlərin icrası ilə bağlı kollegiya iclası keçirilib. Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam və fərmanlarının, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri, o cümlədən rabitə və informasiya texnologiyalarının inkişafı üçün geniş imkanlar yaratdığını bildirib...

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.
Fərmana əsasən, ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi...

Görülən 19 - 24 qədər, 48 xəbərdən