Son Xəbərlər

“Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamına uyğun olaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

RİTN-də 2013-cü ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib. İclasda 9 oktyabr prezident seçkilərində 84,55 % səslə qalib gəlmiş İlham Əliyevə qələbə münasibətilə rabitəçilər adından ünvanlanmış rəsmi təbrik məktubu oxunduqdan sonra rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov seçki sistemində İKT-nin tətbiqinə toxunaraq, bu addımın prosesin daha şəffaf, ədalətli və mütərəqqi qaydada keçirilməsinə yönəldiyini vurğulayıb.

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Rabitə və informasiya texnologiyaları naziri Əli ABBASOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident! 
Hörmətli iclas iştirakçıları!
Öncə qeyd edim ki, 2003-cü ilin fevralında ümummilli liderimiz Heydər Əliyevin xüsusi Fərmanı ilə regionda ilk dəfə olaraq qəbul olunmuş İKT-nin inkişafı üzrə 10 illik Milli Strategiya 2012-ci ildə başa çatmışdır. Digər tərəfdən Sizin ötən il dekabrın 29-da imzaladığınız Fərmanla “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən...

2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003–2012-ci illər)” gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaratmışdır. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlət başçısı iclası giriş nitqi ilə açıb. 
İqtisadi inkişaf naziri Şahin Mustafayev...

Görülən 13 - 18 qədər, 49 xəbərdən