
| 16.03.2010 İnternetin ilk domeninin 25 yaşı tamam olur .com domen zonası öz ad gününü qeyd edir. Symbolics.com ilk internet domeni 15 mart 1985-ci il tarixində qeydiyyatdan keçmişdir. Cəmi 1985-ci ildə isə 6 domen adı qeydə alınmışdır. Doğrudur, o zaman bu cür qeydiyyat heç bir əhəmiyyət kəsb etmirdi, çünki hələ saytlar yaradılmamışdır, elektron poçt yeni yaranma mərhələsində idi və domenlər özlərində qəribə bir məfhum əks etdirirdi. Bu cür adın əldə olunmasının əhəmiyyəti hələ anlaşılmamışdır. Bu gün isə tamamilə başqa cürdür: hər gün internetdə təkcə .com zonasında 100 000 yaxın yeni domen əmələ gəlir ki, bu resurslardan gün ərzində təxminən 90 milyon insan istifadə edir. Cybersecurity-nin məlumatına görə, .com və .net domen zonalarının işinə məsuliyyət daşıyan Verisign şirkətinin icraçı direktoru Mark Makloginin sözlərinə görə, 25 il bundan qabaq hətta ən cəsarətli optimistlər və xəyalpərəstlər belə Qlobal şəbəkənin bu cür populyar olacağını və domen sahəsinin belə inkişaf edəcəyini ağıllarına belə gətirə bilməzdirlər. http://www.mincom.gov.az/ |


