
| 23.09.2008 RABİTƏ VƏ TELEKOMMUNİKASİYA SAHƏSİNDƏ TARİFLƏRİN ARTIRILMASINA ZƏRURƏT YARANMIŞDIR Rabitə və telekommunikasiya sektorunda tariflərin artırılmasına zərurət yaranmışdır. Bu sahədə müəyyən qiymətlər maya dəyərinə uyğunlaşdırılmalıdır. Bu barədə AzərTAc-a məlumat verən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirmişdir ki, hazırda tariflərdə dəyişiklik yoxdur. Lakin nazirlik 2008-ci ilin yekunlarını və 2009-cu ildə qarşıda duran vəzifələri nəzərə alaraq gələcəkdə təkliflər hazırlayacaq və Tarif Şurasına təqdim edəcəkdir. Ümumi vəziyyətdən asılı olaraq müəyyən sahələrdə artımlar, bəzi hallarda isə endirimlər olacaqdır. |


