
SON XƏBƏRLƏR
10.03.2010
Association for Computing Machinery (ACM) təşkilatı 2009-cu il Türinq mükafatını təqdim edib. Nobel mükafatının informatika sahəsində ekvivalenti hesab olunan Türinq laureatı 1973-cü ildə Alto adlı ilk müasir personal kompüteri yaratmış Çarlz Teker olub.09.03.2010
Dünyada beş nəfərdən dördü internetə çıxışı əsas insan haqlarından biri hesab edir. Bu nəticələr BBC media şirkətinin 26 ölkədə 27 mindən çox insan arasında apardığı sorğu əsasında əldə olunub.03.03.2010
Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 27-ci görüşündə iştirak etmək üçün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində səfərdə olub.01.03.2010
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti Almaniyanın Hannover şəhərində başlayan dünyanın ən iri informasiya texnologiyaları sərgisi CeBIT 2010-da iştirak etmək üçün bu ölkəyə yola düşüb.26.02.2010
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində keçirilən mərasimdə Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra soyqırım barədə sənədli kadrlar nümayiş etdirildi.





